Müsəlman Qardaşları Hərəkatının sabiq rəhbərinin səhhəti pisləşib
Müsəlman Qardaşları Hərəkatının sabiq rəhbəri Mehdi Akifin səhhəti pisləşib. Maide.Az xəbər verir ki, Misir KİV-lərinin məlumatına görə, İxvan Müsəlman Qardaşları Hərəkatının sabiq rəhbəri Məhəmməd Mehdi Akifin səhhətində ciddi problemlər yaranıb. M.Mehdi Akif yaşlı olduğu üçün müxtəlif xətəliklərdən əziyyət çəkir. O həbsxana tibb mərkəzindən Qəsrul-eyni xəstəxanasına köçürülüb və həkim nəzarətində saxlanılır. M.Mehdi Akif ömürlük həbs cəzası alıb.