Müsəlmanlar və xristianlar futbol meydanında görüşdü
Alabuqada qeyri-adi futbol qarşılaşması keçirilib. Maide.Az Rusiya KİV-lərinə istinadən bildirir ki, meydanda iki fərqli komanda mübarizə aparıb - müsəlmanlar və xristianlar. Dostluq oyunu şəhər idman kompleksində keçirilib. İmamlar və keşişlər, dini icmalarının fəalları və gənclər birlikdə oyunda iştirak ediblər. Yarış terrorizmə və ekstremizmə qarşı tədbirlər çərçivəsində keçirilib. Bundan sonra isə tərəflər dinlərarası velosiped yürüşü keçirəcəklər.