Maide.az

Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi İranın Tehran şəhərində keçiriləcək. Maide.az-ın məlumatına görə, İran bu yarışlara dörd gün müddətində evsahibliyi edəcək. Yarışlar 2015-ci ilin yanvar ayının 1-dən – 5-dək Milad qülləsində təşkil olunacaq. Beynəlxalq Quran müsabiqəsində   dünyanın 50-dən çox ölkəsindən müsəlman tələbələr iştirak edəcəklər. Artıq  Misr, Bosniya və Taylanddan iştirakçı tələbələr İrana səfər edib. “Müsəlman Tələbələrin Quran Müsabiqəsi”nin 5-ci turunda iştirak edəcək digər müsəlman ölkələrindən olan iştirakçılar 2015-ci ilin yanvar ayının 1-dək İrana səfər edəcək. /