Maide.az

Müqtəda əs-Sədr ittifaqa gedəcəyi şəxsləri açıqladı

İraqda keçirilən parlament seçkilərində qalib gələn Müqtəda əs-Sədrin "Sairun" koalisiyası üçlü ittifaq elan edib.    Seçkilərin qalibi olan "Sairun" koalisiyasi İraqın nüfuzlu din alimi İshaq İbn əl-Həkimin "Milli Hikmət" koalisiyası və keçmiş baş nazir Əyad Əllavinin "Vətəniyyə" koalisiyası ilə birləşərək ittifaq yaradıb.   Bu ittifaq Müqtəda əs-Sədrə parlamentdə 95 kürsüyə malik olmaqla yanaşı, yeni hökumət qurmaq imkanı da verəcək.   Qeyd edək ki, İraqda 12 mayda keçirilən parlament seçkilərində "Sairun" koalisiyası 329 kürsüdən 54-nə yiyələnməklə qalib gəlib. Əl-Həkim koalisiyası 20 deputat, Əllavi isə 21 deputatla parlamentdə təmsil olunmaq hüququ qazanıb.(faktxeber)