Müqəddəs Məşhəd şəhərində Azərbaycanın konsulluğu açılacaq
İranın Xorasan-Rəzəvi əyalətinin ostandarı Əlirza Rəşidiyanın Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə bu ölkənin müqəddəs Məşhəd şəhərində Azərbaycan konsulluğunun açılması məsələsi müzakirəyə çıxarılıb. Maide.az-ın slaamnews-a istinadən verdiyi məlumata agörə, bu barədə İranın Xorasan-Rəzəvi Ostandarlığının rəsmi saytında xəbər verilir. Məlumata əsasən, görüşdə, həmçinin Bakı-Məşhəd aviareysinin açılması, turizm sahəsində əməkdaşlıq, Məşhəddə otellərin tikilməsi və müvafiq sahə üzrə yatırımlar kimi məsələlər barədə danışıqlar aparılıb. /