Mosulun cənubunda İŞİD bütün müdafiə xətləri qırılıb
İraq federal polisinin rəhbəri Şakir Cövdət bildirib ki, Mosulun cənubundakı İŞİD-in bütün müdafiə xətləri qırılıb. Hazırda qüvvələrimiz şəhərin mərkəzinə doğru irəliləyir. Maide.Az xəbər verir ki, İraq ordusundan verilən açıqlamaya görə, İraq ordusu ilə İŞİD terrorçuları arasında baş verən toqquşmalarda 900-dən çox terrorçu öldürülüb. Mosul şəhəri yaxınlığında yerləşən 87 rayon və kənddə təhlükəsizlik qüvvələri idarəni ələ keçirib. /