Maide.az

Mosulda 8 kənd azad olundu

İraqda Mosul şəhərinin cənubuda 8 kənd İŞİD terrorçularından azad olunub.   Maide.az xəbər verir ki, Livanın əl-Məyadin telekanalının məlumatına görə, İraq ordusu və xalq qüvvələri Neynəva vilayətinin azadlığı üçün " Fəth" əməliyyatının ilk mərhələsində Mosulun cənubunda əl-Məxmur şəhərində səkkiz kədi terrorçulardan azad ediblər.   İraq ordusu və beynəlxalq koalisiya təyyarələrinin Mosulda əl-Qiyarə və Həmmam əl-Əlil bölgələrinə hücumları nəticəsində onlarla İŞİD üzvü öldürülüb.   Bu hücumlarda İŞİD-in onlarla yanacaq tankeri, o cümlədən çox sayda hərbi avtomobili məhv edilib və İŞİD terrorçuları ətraf bölgələrə qaçıblar.   Neynəva vilayətinin azad olunması əməliyyatı çərşənbə gecə başlayıb./