Maide.az

Moskvanın 4 metro stansiyasında bomba həyəcanı

Hazırda Moskvanın dörd metro stansiyasında naməlum şəxsdən daxil olmuş məlumat əsasında partlayıcı qurğunun olub-olmaması yoxlanılır.   Hüquq-mühafizə orqanlarının nümayəndələri Moskvadakı “Çistıye prudı”, “Ploşad revolyutsii”, “Kitay-qorod” və “Oxotnıy ryad” stansiyalarında axtarış işləri aparırlar.   Sərnişinlərin təxliyyəsi məsələsi həll olunur.   Rəsmi mənbələr bu barədə məlumat verməyib. (virtualaz) /