Maide.az

Moskva müsəlmanları mobil məscid yaradırlar

Moskva şəhərinin küçələrində mobil məscid hərəkət etməyə başlayacaq.   Müsəlmanların təşəbbüs qrupu layihənin həyata keçirilməsi üçün pul toplamağa başlayıb – bu məqsədlə 1 milyon rubl tələb olunur.   Bu barədə təşkilatçılar məlumat yayıblar.   “Məscid qoşqudan ibarət olacaq. Qoşqunun içində dəstəmaz almaq üçün ayrıca otaq və dua otağı olacaq”, - deyə, Rusiyanın ilk müsəlman naviqatoru olan HalalGuide-nin komandası – layihənin təşəbbüskarları bildiriblər.   Məscidin xidmətlərindən istifadə pulsuz olacaq: sadəcə məscidin saytında ərizə yerləşdirmək kifayətdir və məscid həmin göstərilən yerə gələcək.