Maide.az

Moskva metrosunda tüstülənmə olub, 500 nəfər təxliyə edilib

Moskvanın “Krasnoqvardeyskaya” metro stansiyasında tüstülənmə baş verib.   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.   500 nəfərin stansiyadan təxliyə edildiyi bildirilir.   İnsidentə səbəb stansiyalar arasında enerji kabelinin yanması olub.   Hazırda metro stansiyası bağlanıb, metropolitenin “Domodedovskaya” – “Alma-Atinskaya” xəttində qatarların hərəkəti dayandırılıb.