Maide.az

Moskva məhkəməsində atışma: Ölənlər var

Moskva əyalət məhkəməsində atışma baş verib.   Bu barədə RİA-ya vəkil Sofiya Rubasskaya informasiya verib.   Vəkilin sözlərinə görə, hadisə yerində ən azı 20 atəş səsi eşidilib.   “Moskva əyalət məhkəməsində atışma baş verib. Əməkdaşlar yaralanıb. Qadın polis məmurunu yaralı vəziyyətdə gördüm”, - xanım vəkil bildirib.   Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, bina tamamilə təxliyyə olunub.    Keçmiş vəkil Diana Tatosova hücum zamanı 4 müttəhimin güllələndiyini bildirib.   Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, atışma ilk olaraq müttəhimlərin liftə mindirilməsi zamanı baş verib. (axar.az) /