Maide.az

Moskvada xəstəxanada yanğın olub, ölənlər var

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən xəstəxanalardan birində yanğın baş verib.   Trend-in məlumatına görə, bu barədə "TASS" agentliyinə təcili xidmətlərdəki mənbə xəbər verib.   Məlumata əsasən, yanğın xəstəxananın üçüncü mərtəbəsində başlayıb. Yanğın nəticəsində 2 nəfər həlak olub, 23 nəfər isə xilas edilib.   Yanğının səbəbi barədə məlumat verilmir.