Moskvada Peyğəmbərin (s) doğum günü münsibətilə bayram şənliyi keçiriləcək
Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada İslam Peyğəmbəri Həzrət Məhəmmədin doğum günü münasibətilə bayram şənliyi təşkil olunacaq. Maide.Az “İslam.ru”-a istinadən xəbər veri rki, tədbirdə Rusiya, Türkiyə , Özbəkistan və digər müsəlman ölkələrdən nümayəndələr, diplomatlar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirake edəcək. Mövlud şənliində Suriya Ərəb Respublikasından nümayəndə heyəti iştirak edəcək. Suriyalı mədəniyyət və incəsənət xadimləri ölkəni terroristlərdən azad etmək üçün keçirilən hərbi əməliyyatlardan sonra ilk dəfədir ki, Moskvada çıxış edir. Bayram şənliyi dekabrın 10-da yerli vaxtla saat 18: 00-da Moskva şəhəri Izmaylovo şosesi, Izmailovo Konsert Zalında baş tutacaq.