Moskvada leysan: Avtobus və maşınlardan 80 nəfər evakuasiya edildi - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Moskvada selin əsarətində qalan avtobus və maşınlardan 80 nəfər evakuasiya edilib. Moskvada Kaspiyskiy küçəsinin hərəkət hissəsində dşqınlara görə, mühərriyi sönən avtomobil və avtobuslardan 80 nəfər evakuasiya edilib. Qeyd edək ki, bu gün Moskvada yağıntılar üzrə yeni rekord qeydə alınıb. 12 saat ərzində 50 mm yağıntı olub. Aylıq normadan 60 faizdən də artıq olan yağıntı 129 illik rekordu təzələyib. Yağışla əlaqədar şəhər xidməti gücləndirilmiş iş rejiminə keçirilib. Küçələrdə təqribən 400 qəza xidməti növbə çəkir. /