Moskvada güclü fırtına – VİDEO
Rusiyanın Moskva vilayətində baş verən fırtına zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb. *** Moskvada güclü fırtına olub Maide.Az "Ria Novosti"yə istinadən xəbər verir ki, küləyin sürəti saniyədə 15-20 metrə çatır. Sinoptiklərin proqnozlarına görə, belə hava şəraiti şənbə gününə qədər davam edəcək. Sosial şəbəkələrdə pis hava şəraiti ilə bağlı video paylanılıb. Kadrlarda görünür ki, Rusiya paytaxtında güclü leysan başlayıb, tufan, güclü külək qalxıb, eləcə də dolu yağıb. /