Moskvada 70-dən artıq aviareys təxirə salındı
Moskvanın hava limanlarında 70-dən artıq reys təxirə salınıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:30-a olan vəziyyətə görə, "Domodedovo" hava limanında 6 reys təxirə salınıb, "Şeremetyevo"da 68, "Vnukovo"da isə 1 reys təxirə salınıb. Reyslərin təxirə getməsinin səbəbləri açıqlanmır.