Maide.az

Moskvada 25 dərəcə şaxta qeydə alınıb

Ötən gecə Rusiya paytaxtı Moskvada 25 dərəcə şaxta qeydə alınıb.   “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Arktik antisiklonun irəliləməsi gecə temperaturu -25 dərəcəyə qədər endirib.   Rusiya paytaxtında gündüz havanın temperaturunun -4 -16 dərəcə olacağı gözlənilir.   Sinoptiklər fevralın 22, 23 və 24-də builki qışın ən soyuq gecələrinin olacağını proqnozlaşdırırlar.   Hidrometeoloji Mərkəzdən bildirilib ki, belə davamlı soyuq insanlar üçün təhlükəlidir. Mütəxəssislər vurğulayıblar ki, belə hava şəraiti  Moskva üçün anomal haldır.