Maide.az

Moskva aeroportlarında 21 reys ləğv olunub, 33-ü gecikir

  Moskva aeroportlarında 20-dən çox reys ləğv olunub, 33-ü gecikir.   Trend-in məlumatına görə, yerli vaxtla saat 14:10-a "Domodedovo" hava limanında 3 reys ləğv olunub, 18 reys gecikir. "Şeremetyevo"da isə 18 aviareys təxirə salınıb, 15-i gecikir.   "Vnukovo" və "Jukovski" aeroportlarında reyslərin ləğvi və gecikməsi ilə bağlı məlumat verilmir.   Reyslərin təxirə salınmasının səbəbi hələ bildirilmir. /