Maide.az

Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra...

Moskvadan İrkutska uçan "Aeroflot"a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb.   Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.    Təyyarədə partlayıcı qurğu tapılmayıb.   Hazırda anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilir.