Mobil telefonla danışmaq istədi, yanacaq doldurma məntəqəsini yandırdı-FOTO
Ötən gün İranın Zahidan şəhərinin Mehristan qəsəbəsində yanacaq doldurma məntəqəsində sürücülərdən birinin telefonla danışmaq istəməsi yanğına səbəb olub. Maide.az xəbər verir ki, sürücü avtomobilinin çənini doldurmaq istəyərkən telefonuna zəng gəlib o telefona cavab vermək istəyərkən benzin doldurma şlanqından telefonun üzərinə səhvən benzin tökülüb və yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın nəticəsində yanacaq dolrudma məntəqəsi və sürücünün avtomobili tamamilə yanıb. Hadisədə ölən və yaralanan olmayıb. /