Maide.az

MN cəbhədəki son vəziyyəti açıqlayıb

Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.   Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.   Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.