Maide.az

Misir Qəzza sektoru ilə sərhəd-keçid məntəqəsini bağlayıb

“Əl Ərəbiyə” telekanalı Misirin Fələstinin Qəzza sektoru ilə sərhəd-keçid məntəqəsini bağladığı barədə xəbər yayıb.   Maide.Az xəbər verir ki, Ərəbdilli KİV-lərin şərhlərində bildirilir ki, rəsmi Qahirənin bu addımı Həmasla əldə olunmuş razılaşmalara əməl olunmaması ilə əlaqəlidir.   Artıq avqustun 23-dən etibarən humanitar məqsədlər üçün açılmış “Rəfah” məntəqəsindən hər iki tərəfə keçid dayandırılıb. Bu sərhəd-keçid məntəqəsi fələstinlilərin üçüncü ölkələrə çıxış qapısı sayılır.   “Rəfah” sərhəd-keçid məntəqəsi bu ilin mayında işğalçı İsrail rejim ilğ iHəmas arasında 11 günlük müharibədən sonra Misirin vasitəçiliyi ilə elan edilmiş atəşkəsin ardından - mayın 16-da açılmışdı.