Maide.az

Misir Qəzza sərhədində daha bir hasar çəkir

Misir rəhbərliyi İsrail rejimi blokadasındakı Qəzza zolağı sərhədinə dəmir hasar çəkir.   Misir ordusu təxminən 2 həftə əvvəl İsrail nəzarətindəki Kərm Əbu Səlim sərhəd məntəqəsi ətrafından hasar çəkməyə başlayıb.   Təxminən 7 metr hündürlükdə olan hasarın Aralıq dənizinə qədər 14 km uzanacağı bildirilib.   Məsələylə əlaqədar rəsmi açıqlama verilməyib./eastnews/