Misirin yeni paytaxtında ən böyük məscid və ən böyük kilsə tikiləcək
Misirin ən böyük məscidi və ən böyük kilsəsi ölkənin yeni paytaxtında tikiləcək. Bunu Misir prezidenti Əbdül Fəttah əl-Sisi cümə günü Qahirədə Qibtilərə məxsus kilsəyə baxış keçirərkən deyib. Maide.Az xəbər verir ki, “əl-Əhram” qəzetinin məlumatına görə, Ə.F. Sisi həmçiin deyib ki, iki il öncə çevriliş zamanı baş vermiş qarşıdurmalar zamanı ziyan görmüş kilsələrdə bərpa işləri aparılacaq. Qeyd edək ki, Misirdə yeni paytaxtın yaradılması layihəsi 2015-ci ildə bu ölkənin şəhərsalma naziri tərəfindən təqdim olunub. Yeni salınacaq paytaxt üçün hələlik ad seçilməyib. Yni paytaxtın hazırkı paytaxt Qahirənin 45 km şərqində yaradılması nəzərdə tutulub. Layihəyə əsasən bütün dövlət qurumları və müəssiələri , diplomatik korpuslar yeni paytaxta köçürüləcək.