Maide.az

Misirin Sina yarımadasında 59 terrorçu məhv edilib

Misir Silahlı Qüvvələri Sina məntəqəsində həyata keçirilən əməliyyatlar zamanı 59 terrorçunun öldürülməsindən xəbər verib. Bu əməliyyatlarda 7 hərbçi də həyatını itirib.   Maide.az-ın verdiyi məlumata görə, Misir ordusunun sözçüsü öz Facebook səhifəsində yazıb: Silahlı qüvvələr şənbə günü Məhdiyyə, Tumə, Zəvariə, Cəbəl Əliqə, Məsaid, Ləftat, Vadi əl-Əxzər, Curə, Tərabin, Həzra, Bərahimə, Cəradə, Məqatiə və Ümmü Şəyhan məntəqələrində terrorçu-təkfirçi ünsürlərin sığınacaqlarını bombalayıb.    Bu məlumata görə, həyata keçirilən əməliyyat zamanı daha 4 terrorçu o cümlədən partlayıcı qurğular üzrə mütəxəssis olan Əhməd Camal Salim həbs, 2 partlayıcı maddələr anbarı, 2 Kruz avtomobili və 4 ədəd motosiklet məhv edilib.    Bu arada Misirin təhlükəsizlik rəsmiləri bir qrup silahlı şəxsin bazar günü Şeyx Zəvid məntəqəsində Silahlı Qüvvələrin bir yoxlama-buraxılış postuna hücum etməsindən xəbər veriblər. Minaatanlar və avtomot silahlardan istifadə edilərək, həyata keçirilən bu hücum zamanı 5 nəfər həlak olub, 7 nəfər də yaralanıb.