Maide.az

Misirin aviaşirkəti Azərbaycana uçuşları dayandırıb

Misirin "EgyptAir" aviaşirkətinə məxsus "Air Cairo" çarter aviaşirkəti Bakı-Şarm-əl-Şeyx marşrutu üzrə uçuşları müvəqqəti dayandırıb.   Bunu Trend-ə şirkət nümayəndəsi deyib.   Şirkətdən deyiblər ki, bunun səbəbi həmin istiqamət üzrə tələbatın zəif olmasıdır.   Şirkətdən qeyd ediblər ki, uçuşlar avqustun 1-dən bərpa ediləcək.