Misir Dövlət Televiziyası 8 aparıcısına arıqlamaq üçün vaxt verib
Misir Dövlət Televiziyası aparıcılarından 8 nəfərinə arıqlamaq üçün vaxt verib. Maide.Az xəbər verir ki, televiziya aparacılarına pəhriz saxlamağı məsləhət görüb. Məlumatda bildirilir ki, televiziya onlara xəbərdarlıq edib ki, aparıcılıq fəaliyyətlərini davam etdirmək istəyirlərsə bir ay müddətində pəhriz saxlayaraq özlərini “əlverişli formaya” salmalıdırlar.