Maide.az

Misirdə 3 min illik 8 mumya tapılıb

Misirin Giza bölgəsində arxeoloji  qazıntılar zamanı 3 min il öncəyə aid  8 mumya tapılıb.    Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  Misir Tarixi Əsərlər Nazirliyinin məlumatına görə,  Giza bölgəsinin Dehşur şəhərində tapılan mumyalar qədim Misirin 12-ci xanədanlıq firounlarından Nubkaure Amenemhat II piramidasında (Miladdan öncə 1929-1895) aiddir.    Həmin mumyaların 3 min illik tarixi olduğu bildirilir.