Maide.az

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB2

(ilk xəbər 18:00-da yayımlanıb)    Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.   Maide.Az bildirir ki, Misir dövlət televiziyasının məlumatına görə,  ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.   *** Maide.Az xəbər verir ki, Misir dövlət televiziyasının məlumatına görə, Misirdə əl- Ariş şəhərində Ravda məscidinə hücumu nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb, yaralıların sayı isə 130 nəfər olub.    Misir prezidenti Əbdülfəttah əs-Sisi ər-Ravda məscidində baş vermiş terror aktı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.   Prezident müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.    Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.          ***   Misirin Sinay yarmadasında məscidə hücum olub.   Maide.Az "Anadolu" agentliyinə istinadənxəbər verir ki, silahlıların Misirdə əl- Ariş şəhərində Ravda məscidinə hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.    Hücum cümə namazından sonra baş verib. Yaralıların  sayı isə 125 nəfərə çatıb.