Maide.az

Misirdə şiə olmuş sünni alimini öldürənlərə hökm oxundu

Misirdə inqilab baş verdikdən sonra bu ölkədə ən dəhşətli cinayət hadisələrindən biri də əvvəllər sünni alimi olmuş şeyx Həsən Məhəmməd Əl-Şəhatənin vəhşicəsinə qətlə yetirilərək, şəhid edilməsi olmuşdu.   Elmi araşdırmalar nəticəsində məzhəbini dəyişən Qahirənin önəmli imam və alimlərindən olan bu insanın günahı yalnız şiəliyi qəbul etməsi olub. 2013-cü ildə 3-minə yaxın vəhabi onun evinə basqın edərək, oğlu və daha 2 tərəfdarını vəhşicəsinə qətlə yetirərək, küçələrdə sürümüşdülər.   Mursinin hakimiyyəti dövründə bu cinayətin araşdırmasına təşəbbüs belə olunmasa da, o devrildikdən sonra yeni hakimiyyət cinayərkarları cəzalandırmaq qərarına gəldi. Keçmiş MAQATE rəhbəri Məhəmməd Əl-Bəradei Mursi devrildikdən sonra bildirmişdi ki, Mursini şeyx Şəhatənin qanı tutdu.   Misirin Ağır Cinayətlər Məhkəməsi adıçəkilən cinayətdə birbaşa əli olan Əhməd Əl-Əxrəs və onunla birgə olan 23 nəfərə 14 həbs cəzası təyin edib. Şübhəli bilinən 8 nəfər isə azadlığa buraxılıb. (faktxeber)