Maide.az

Misirdə sərnişin qatarı qəzaya uğrayıb

Misirin Qiza şəhəri yaxınlığında sərnişin qatarı qəzaya uğrayıb.    “Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, üç vaqonun aşması nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.   Yaralılar xəstəxanalara çatdırılıb.   Qeyd edək ki, 2002-ci ildə Qiza şəhərində sərnişin qatarının qəzaya uğraması və yanması nəticəsində 350 nəfər ölüb. 2009-cu ildə isə iki qatarın toqquşması nəticəsində 30 nəfər həyatını itirib, 60 nəfər yaralanıb. (apa) /