Maide.az

Misirdə İsrail bayrağı yandırıldı

Misirin paytaxtı Qahirədə bir qrup jurnalist xarici işlər naziri Samir Şükrinin İsrailə səfərini boykot edib. Misir Xarici İşlər Nazirliyi ətrafında baş verən etiraz aksiyasında iştirak edənlər İsrail və Misir Prezidenti Əbdüləfəttah əs-Sisi əleyhinə şüarlar səsləndiriblər. Nümayişdə İsrail bayrağı da yandırılıb. Etiraz aksiyası keçirilən bölgə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, giriş və çıxışlar bağlanıb. Lakin yaralanan və ya saxlanılan olmayıb. (Eastnews)