Maide.az

Misirdə etiraz aksiyası, xalq Qırmızı dənizdəki stratejik adaları geri istəyir

Misir hökuməti şənbə  axşam elan  edib ki, on illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.  Maide.az xəbər verir ki, Misir xalqı ötən gün  etiraz aksiyası keçirərər Tiran  və Sanafir adalarının  Səudiyyə Ərəbistana verilməsinə etiraz ediblər.  Etirazçılar bu  müqavilənin pozulmasını tələb ediblər.  Polis və etirazçılar arasında  qarşıdurma baş verib, bir neçə nəfər həbs olunub.    Etirazçılar bildirir ki,  bu iki adanın Səudiyyə Ərəbistana verilməsi   konistitusiyaya ziddir və bu iki ada  Misirə məxsusdur.  Səudiyyə Ərəbistan və Misir arasında  əldə olunan bu razılıq sosial şəbəkədədə  geniş müzakirəyə səbəb olub. /