Misirdə partlayış baş verib
Maide.az xəbər verir ki, adının çəkilməsini istəməyən bir təhlükəsizlik mənbəyi açıqlamasında partlayışın Qahirənin mərkəzindəki Ramsis bölgəsində yerləşən Əl-Əzbəkiyyə polis binası yaxınlığında baş verdiyini deyib. Partlayışdan sonra hadisə yerinə yanğınsöndürmə briqadaları və sanitar maşınlar göndərilib, ətrafda təhlükəsizlik tədbirləri görülüb.