Maide.az

Misirdə Əzhər Universitetindən 51 tələbə qovulub

Maide.az xəbər verir ki, Misirin Əzhər Universiteti "zorakılıq hadisələrinə qarışdıqları" iddiası ilə 51 tələbə ilə yollarını ayırıb.    Əzhər Universitetindən verilən yazılı açıqlamada, "Universitetdaxili zorakılıq hadisələrinə qarışdığı müəyyənləşdirilən 51 tələbənin məktəblə əlaqəsi tamamilə kəsilib. Beləliklə, ilin əvvəlindən məktəbimizlə əlaqələri kəsilən tələbələrin sayı 122-yə yüksəlib", - deyilir.   Universitetdəki "Çevriliş Əleyhinə Tələbə Hərəkatı"nın nümayəndəsi Mahmud Əl-Əzhəri isə tələbələr haqqında verilən qərarı pisləyib.   Əzhəri sözügedən qərarın tələbələrin "siyasi fəaliyyətə qoşulmaq haqları"na hücum xarakteri daşıdığını bildirib.   Qeyd edək ki, Əzhər Universiteti "şəhərcikdə zorakılıq hadisələrinə qarışdığı" üçün 17 dekabrda da 71 tələbənin qovulduğunu bildirmişdi.