Maide.az

Misirdə minaatanlardan açılan atəş nəticəsində 4 uşaq ölüb

Misirdə Sinay yarımadasının şimal bölgəsində minaatanlardan açılan atəş nəticəsində 4 uşaq ölüb.   İnsident Şeyx Züveyd şəhəri yaxınlığında baş verib.   Mərmilərin düşdüyü yaşayış evi tam dağılıb. Binada olan daha 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.