Maide.az

Misir “Müsəlman Qardaşlar”ın liderlərindən birini edam edəcək

Qahirə Cinayət Məhkəməsi "Müsəlman Qardaşlar" terror təşkilatının üzvlərinə hökm oxuyub.   Misirin paytaxtı Qahirə şəhərinin Cinayət məhkəməsi bazar günü 3 radikalı asma yolu ilə ölüm cəzasına məhkum edib. Onlar arasında ölkədə qadağan edilmiş “Müsəlman Qardaşlar” hərəkatının liderlərindən biri Vaqdi Qənim də var.   Əldə olan məlumata görə, müttəhimlər 2003-cü ildə cinayətkar dəstə yaradıblar. Həmin dəstə 2015-ci ilin oktyabr ayınadək fəaliyyət göstərib. Qruplaşma təxribatçı fəaliyyət ilə məşğul olub, hakim rejiminin devrilməsi və hərbi və polis obyektlərinə hücumlar təşkil etməyi planlaşdırırdı.   Qruplaşmanın daha 5 üzvü də ömürlük azadlıqdan məhrum edilib. (islamazeri) /