Miqrantları daşıyan qayıq batdı
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Muğla vilayətində qeyri-qanuni yolla miqrantları daşıyan gəmi batıb. Nəticədə iki nəfər həyatını itirib. Batan şəxslərin azyaşlı olduğu bildirilir. Mühacirlər Yunanıstana keçmək istəyiblər. Hadisə şahidlərinin köməyi ilə sahilə çıxarılan 17 nəfər miqranta polis və səhiyyə qrupları ilkin yardım göstərib. Onlar Bodrum Dövlət Xəstəxanasına aparılıb. Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.