Maide.az

MiQ-29 təyyarəsinin pilotu dəfn edilib (FOTO) (YENİLƏNİB)

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.   Maide.Az xəbər verir ki,  R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.   *** İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başlayıb.    Maide.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumla vida mərasimində qohumları, ailə üzvləri və hərbçi dostları iştirak edir.   Qeyd edək ki, onun nəşi 27 gündən sonra - dünən tapılaraq ailəsinə təhvil verilib.