Maide.az

Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.   Maide.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.   Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.   Səfərdən məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.   Bundan sonra həmsədrlər Yerevana səfər edəcəklər.