Maide.az

Minlərlə iraqlı Səudiyyə Ərəbistanı şahzadəsinin bu ölkəyə səfərinə etiraz edib - Video

İraqın paytaxtı Bağdad şəhərində minlərlə iraqlı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın yaxın gələcəkdə İraqa səfərinə etiraz ediblər. Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, etirazçılar Bağdadda cümə namazından sonra Məhəmməd ibn Salman əeyhinə şüarlar səsləndiriblər. Onlar Səudiyyə şahzadsini İŞİD terror qruplaşmasına dəstək verdiyini və İraq gəlməsini istəmədiklərini bildiriblər.    Mitinq İŞİD-ə qarşı mübarizə aparan İraq "Hizbullah"-ı tərəfindən təşkil edilb.   Qeyd edək ki, İraq Baş naziri Heydər əl-Abadinin ofisinin verdiyi məlumata görə, Məhəmməd ibn Salman  yaxın gələcəkdə İraqa səfər etməyi planlaşdırır, ancaq dəqiq bir tarix açıqlanmayıb.