Maide.az

Minlərlə günahsız pakistanlı - ABŞ pilotsuz təyyarələrinin qurbanıdır

ABŞ pilotsuz aviazərbələrinin qurbanı Pakistanın dinc əhalisidir. Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bu günə qədər Amerika Pakistanın müxtəlif rayonlarına 400-dən artıq aviazərbələr endirib, bunun nəticəsində mindən artıq dinc sakin həlak olub. Amerika bildirir ki, pilotsuz təyyarələrin aviazərbələri "Əl-Qaidə" və digər qruplaşmalara qarşıdır, lakin tədqiqatlar Amerikanın bu iddiasının yalan olduğunu sübut edib. Londonda yerləşən Jurnalistika Tədqiqat İdarəsi son araşdırmalarında bu nəticəyə gəlib ki, aviazərbələrin yalnız 12 % terror qruplaşmaların payına düşüb. Bu 12% -dan həlak olanların yalnız z 4% - i Əl-Qaidə terror qruplaşmasının üzvləridir. //