Maide.az

Mingeçevir İES-də yenidən qəza meydana gəlib

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində yenidən problemlər yaranıb. Artıq bunun səbəbi bəllidir.   Maide.Az APA-ya istinadən xəbər verir ki, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa işləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.    Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.   Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.