Maide.az

Mingəçevirdə zəlzələ

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.   Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.   Yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.