Milli Şuranın mitinqinə icazə verildi
Bakı şəhər İcra hakimiyyəti Milli Şuranın mitinqinə icazə verib. Avropa.info-nun məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Mitinq 12 avqust saat 15:00-də Yasamal rayonu, "Məhsul" stadionunda keçiriləcək. Aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi olacaq. Mitinq keçirməklə bağlı qərar Sentyabrın 30-da Milli Şuranın Koordinasiya Mərkəzi iclasında verilib. musavat /