Maide.az

Millinin oyunundan qayıdan azarkeş körpüdən yıxıldı - Vəziyyəti ağırdır

Bakıda bədbəxt hadisə baş verib.   “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən körpüdə qeydə alınıb. Belə ki, həmin stadionda keçirilən matçdan (Azərbaycan-Portuqaliya) çıxan gənc azarkeş ehtiyatsızlıqdan həmin körpünün üzərindən yıxılıb.    Ciddi travmalar alan gənc xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.   Polis hadisə yerində araşdırma aparır, onun kimliyi araşdırılır.