Maide.az

Millimizin keçmiş baş məşqçisi - Karlos Alberto Torres vəfat etdi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres vəfat edib.   Maide.Az xəbər verir ki, 72 yaşlı futbol mütəxəsisi uzun müddətdir ki, ürək-damar xəstəliyindən əziyyət çəkirdi.   Qeyd edək ki, Torres 2004-2005-ci illərdə Azərbaycan millisini də çalışdırıb.   O, 1970-ci ildə Meksika mundialında dünya kubokunu başı üzərinə qaldırıb. Həmin vaxtı 25 yaşı olan eks-müdafiəçi turnirin finalında oynamış ən gənc kapitan statusunu saxlayıb.