Maide.az

Milli Məclisin IV çağırışda son iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin IV çağırışda son plenar iclası oktyabrın 23-də olacaq.   Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.   Bunlar oktyabrın 13-14-ü müzakirə olunacaq 2016-cı il üzrə büdcə zərfinin təsdiqi, bir neçə ölkə ilə Azərbaycanın imzaladığı sazişlərin təsdiqi və bir neçə qanun layihələrinə dəyişikliklərdir.   Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.