İmişli-Beyləqan magistral yolunda qəza olub, bir nəfər ölüb, üçü yaralanıb
İmişli - Beyləqan magistral yolunda iki avtomobil toqquşub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, 1 nəfər ölüb. Yaralılardan ikisi - 1989-cu il təvəllüdlü Quliyev Cəbrayıl Vaqif oğlu, 1989-cu il təvəllüdlü Şirinov Yasin Bayram oğlu İmişli Rayon Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.