Mühacirlər və müsəlmanlar əleyhinə etiraz Almaniya
Maide.az xəbər verir ki, Almaniyanın Drezden şəhərində sağyönümlü “Pegida” hərəkatının çağırışı ilə müsəlmanlar və mühacirlər əleyhinə yenidən nümayiş keçirilib. Bildirilir ki, son aksiyada hərəkatın 12 minə qədər tərəfdarı iştirak edib. Etirazçılar əllərində ksenofobiya və millətçi şüarların əks olunduğu plakatlar tutublar. Aksiya iştirakçıları mühacirlərin ölkədən çıxarılmasını tələb ediblər.